Alma ilə kələm turşusu

Alma ilə kələm turşusu


All kinds of food and sweets recipes

Alma ilə kələm turşusu

Alma ilə kələm turşusu
Tərkib:
- 3 kq ağ kələm
- 1 iri kök
- 3 turş alma
- 4 x.q. duz
- 1 x.q. şəkər tozu
- istiot, dəfnə yarpağı
Hazırlanması:
1. Kələmin yuxarıdakı yarpaqlarını soyun, yuyun, saxlayın.
2. Qalan kələmi doğrayın.
3. Kökü sürtgəcdən keçirin, almanı nazik tikələrə doğrayın (almanın qabıqlarını soymayın).
4. Kkələmi duzla bir qədər ovuşdurun (çox əzməyin).
5. Alma və kökü əlavə edin, ehtiyatla qarışdırın.
6. Şəkər tozu, qara istiot, dəfnə yarpağını əlavə edin, ehtiyatla qarışdırın, masada 20-30 dəqiqə saxlayın.  
7. Sonra kələmi dərin emallı qazana qoyun, üzərinə kələmin yarpaqlarını, sonra ağır bir şey qoyun, 3-4 gün mətbəxdə saxlayın. Hər gün kələmi ehtiyatla qarışdırın.
8. Hazır kələmi bankalara doldurun, sərin yerdə saxlayın.
Nuş olsun!

Share with Friends

87 people on site
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024