Balıq lavaşda sobada


All kinds of food and sweets recipes

Balıq lavaşda sobada

Balıq lavaşda sobada
Məhsullar:
- 1 kq balıq filesi (2 ədəd)
- 2 iri lavaş
- 1 dəstə tərxun (yalnız yarpaqlar)
- 100 qr mayonez
- 2 baş soğan
- duz, istiot
Hazırlanması:
Təmizlənmiş balıq filesini soyuq su ilə yuyun, üzərinə duz, istiot və mayonez sürtün.
Soğanı yarımdairələr şəklində doğrayın, bir az sıxın ki, şirəsi çıxsın.
Soğan və tərxunu balıqların içinə doldurun, hər balığı konvert formasında lavaşa, sonra folqaya bükün, tavanın üzərinə qoyun.
Sobanı qabaqcadan 180 C qədər qızdırılmış sobada 40 dəqiqə bişirin.
Nuş olsun!

Share with Friends

116 people on site
Top.Mail.Ru
©Tatli.Biz 2010-2026