Bu Yeni il peçenyalarını çox sevəcəksiniz

Bu Yeni il peçenyalarını çox sevəcəksiniz


All kinds of food and sweets recipes

Bu Yeni il peçenyalarını çox sevəcəksiniz

Bu Yeni il peçenyalarını çox sevəcəksiniz
Tərkibi:

Kərə yağı – 225 qr
Pudra şəkəri – 225 qr
Yumurta sarısı – 1 ədəd
Un – 450 qr
Vanel – yarım çay qaşığı
Şokolad – 25 qr
Kakao – 2 xörək qaşığı
Qırmızı boya – 2 damcı (rəngi özünüz də təyin edə bilərsiniz)

Hazırlanması:
Pudra şəkəri və yumurta sarısını bir qaba töküb qarışdırın. Qarışığa un əlavə edib yumşaq vəziyyətə gətirənə qədər yoğurun. Xəmiri bir hissəsi daha çox olmaq üzrə üç hissəyə ayırın. Şokoladı əridin. Onun üzərinə kakaonu əlavə edib qarışdırın. Kakaolu şokoladı az olan xəmirlərdən birinə əlavə edib yoğurun. Digər az olan xəmirə qırmızı boyanı əlavə edib təkrar yoğurun. Ağ rəngli olan xəmirdən kiçik bir parça qoparıb əlinizlə oxlov formasında tənzimləyin. Kakaolu xəmirdən də bir hissə qoparıb eyni əməliyyatı təkrarlayın. İki xəmiri bir-birinə yapışdırıb istədiyiniz şəkli (dairəvi, yolka və s. ) verin. Oxşar əməliyyatı qırmızı və ağ xəmirlərə də tətbiq edin. Bu peçenyeləri yağlı kağızın üzərində 180 dərəcə sobada 20-25 dəqiqə bişirin. Soyuduqdan sonra süfrəyə verə bilərsiniz. Nuş olsun.

Share with Friends

71 people on site
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024