Ətirli limonlu-portağallı piroq. Yarım saata hazırlanır!

Ətirli limonlu-portağallı piroq. Yarım saata hazırlanır!


All kinds of food and sweets recipes

Ətirli limonlu-portağallı piroq. Yarım saata hazırlanır!

Ətirli limonlu-portağallı piroq. Yarım saata hazırlanır!
Tərkib:
- 1 stəkan un
- yarım stəkan şəkər tozu
- 150 qr kərə yağı
- 3 yumurta
- 2 ç.q. qabartma tozu
- 1 portağalın şirəsi
- 1 portağalın və 1 limonun sedrası (sarı qabıq)
Hazırlanması:
1.  Yumurta şəkər tozu ilə mikserlə yaxşı çalınır.  
2. Əridilmiş kərə yağı, un, qabartma tozu əlavə olunur, ehtiyatla qarışdırılır.
3. 1 portağalın və 1 limonun qabığı sürtgəcdən keçirilir, portağaldan şirə sıxılır, kütləyə əlavə olunur, qarışdırılır.
4. Formaya yağ çəkin, xəmiri tökün.
5.  Sobanı qabaqcadan 180 C qədər qızdırın, piroqu təxminən 20 dəqiqə ərzində bişirin.
6. Hazır piroqun üzərinə pudra səpin.
Nuş olsun!

Share with Friends

86 people on site
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024