Küftə bozbaş

Küftə bozbaş


All kinds of food and sweets recipes

Küftə bozbaş

Küftə bozbaş
(6-8 nəfərlik)

Ərzaqlar:
Küftə bozbaş

400-500 q çəkilmiş qoyun əti

2 ədəd baş soğan

1 st bişmiş noxud

1/3 st yumru düyü

5 ədəd kartof (küftələrin sayına uyğun kartof olmalıdır)

2 x.q əridilmiş kərə yağı

8-10 ədəd balaca alça turşusu

1 x.q nanə qurusu

1 ç.q zəfəran

Duz

Istiot

Hazırlanması:

Qazana 3l qaynadılmış qaynar su töküb balaca soğanı diri əlavə edirik.(Zövqə görə soğan qoymaya da bilərsiniz) Suya duz tökürük.

Çəkilmiş ətin üstünə 1 ədəd böyük baş soğanı sürtgəcdən keçiririk (soğanla əti bir yerdə ət çəkən maşından keçirmək də olar) duzu və təmizlənib yuyulmuş düyünü əlavə edib yaxşı qarışdırırıq.

Küftə bozbaş
Ətdən əlimizdə orta ölçülü küftələr hazırlayırıq. Hər küftənin içinə 1 dənə turşu qoyub yumrulayıb qaynayan suya tökürük. (Dənə turşuları içinə və suyuna da tökmək olar) Qaynayanda kəfini yığırıq.

Küftə bozbaş
Küftə bozbaş
Küftə bozbaş
Normal odda 15-20 dəqiqə qaynadıqdan sonra qabığı təmizlənib yuyulmuş kartofları  yeməyə əlavə edirik.

Küftə bozbaş
Küftə bozbaş
Yemək 20-30 dəqiqə qaynadıqdan sonra bişmiş noxudu əlavə edirik. (Suya qoyulmuş noxud olsa kartofla bərabər tökmək lazımdır)

Kartof tam bişəndə yeməyimiz hazır olacaq. Zəfəranı əvvəlcədən qaynar suda dəm almağa qoyuruq. Bişməyə 10 dəqiqə qalmış zəfəran şirəsini yeməyə əlavə edirik.

Küftə bozbaş
Küftə bozbaş
Bir daha duzuna baxıb duz və istiotunu əlavə edirik.Yeməyi süfrəyə verdikdə  üstünə nanə qurusunu tökürük.

Küftə bozbaş
Nuş olsun!

Share with Friends

67 people on site
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024