Qışa çox dadlı BADIMCAN SALATI

Qışa çox dadlı BADIMCAN SALATI


All kinds of food and sweets recipes

Qışa çox dadlı BADIMCAN SALATI

Qışa çox dadlı BADIMCAN SALATI
Tərkib:
- 3 kq badımcan
- 1/2 kq bolqar bibəri
- 1/2 kq soğan
- 1/2 kök
- 150 qr sarımsaq
- 1/3 stəkan şəkər tozu
- 1/2 stəkan sirkə
- 1/2 l bitki yağı
- duz, istiot (zövqə görə)
Hazırlanması:
1. Badımcanları duzlu suda 7-10 dəqiqə ərzində bişirin (çox yumşaq olmamalıdır), pressin altına qoyun. 2 saatdan sonra artıq suyu sıxın, kiçik kublar şəklində doğrayın.
2. Kökü sürtgəcdən keçirin, bibəri və soğanı uzun-uzun doğrayın.  
3. Qazanda bütün inqrediyentləri qarışdırın, duz, istiot, şəkər tozu, sirkə, sarımsağəzənlə əzilmiş sarımsağı əlavə edin, qarışdırın.
4. Bitki yağını qızdırın, tərəvəzlərin üzərinə tökün, qarışdırın, qazanın qapağını örtün, soyuducuda 6 saat saxlayın.
5. Salatı sterilizasiya olunmuş bankalara yığın, üzərinə qapaqlar qoyun, 20 dəqiqə ərzində sterilizə edin.
6. Bankaların qapaqlarını kip bağlayın, ağzı aşağı olmaqla süfrənin üzərinə düzün, isti ədyalla örtün.  
7. Soyuyanda ev temperaturunda saxlayın.
Nuş olsun!

Share with Friends

69 people on site
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024