All kinds of food and sweets recipes
Sadə, ucuz və dadlı KOKOSLU PEÇENYE
Məhsullar:
- 250 qr kokos yonqarı
- 150 qr şəkər tozu
- 3 yumurta
- vanilin
Hazırlanması:
1. Yumurtanı şəkər tozu ilə çalın.
2. Kokos yonqarı və vanilini əlavə edin, qarışdırın.
3. Tavaya perqament kağızı sərin, xəmirdən kürəciklər formalayın, tavaya düzün.
4. Sobanı qabaqcadan 170 C qədər qızdırın, peçenyeni təxminən 20 dəqiqə (qızılı rəng alana qədər) bişirin.
Nuş olsun!