Tənbəl TOYUQ FİLESİ sobada


All kinds of food and sweets recipes

Tənbəl TOYUQ FİLESİ sobada

Tənbəl TOYUQ FİLESİ sobada
Tərkib:
- 3 ədəd toyuq sinəsi
- 100 qr xama
- 5 diş sarımsaq
- istiot, duz (zövqə görə digər ədviyyatlardan da istifadə edə bilərsiniz)
Hazırlanması:
1. Fileni yuyun, üzərində kəsiklər edin (şəkildə bax.).
Tənbəl TOYUQ FİLESİ sobada
2. Marinad: xama, duz, istiot, əzilmiş sarımsağı yaxşı qarışdırın.
3. Fileyə marinad çəkin, hərəsini ayrı plyonkaya bükün, 1 gün soyuducuda saxlayın.
4. Sobanı qabaqcadan 180 C qədər qızdırın, tavaya kağız sərin, fileni qoyun, 40-45 dəqiqə bişirin.
5. Hazır olub-olmadığını yoxlamaq üçün əti deşin. Şəffaf şirə çıxırsa, file hazırdır.
6. Fileni kartof püresi, qızardılmış kartof və s. qarnirlə masaya verə bilərsiniz.
Nuş olsun!

Share with Friends

216 people on site
Top.Mail.Ru
©Tatli.Biz 2010-2026