All kinds of food and sweets recipes
Vaxtına və puluna qənaət etmək istəyənlər üçün doyumlu bir yemək
Vaxtınızın az olduğu günlərdə və ya vaxtınıza qənaət etmək istədiyiniz zaman doyumlu bir yemək axtarışındasınızsa, reseptimiz sizin bütün istəklərinizi qarşılayacaq.
"Kartof küküsü"
♦Tərkibi
8 ədəd kartof
3 ədəd baş soğan
8 ədəd yumurta
Bitki yağı
Duz
İstiot
Necə hazırlanır?
1. Kartofları və soğanları soyun. Soyulmuş kartof və soğanları yuduqdan sonra ət maşınından keçirin.
2. İkiqat tənzifdən suyunu sıxıb çıxarın. Sonra kütlənin üzərinə yumurta, duz və istiot əlavə edib çalın.
3.Tavaya yağ tökün və hazırlanmış kütləni onun üstünə əlavə edib bərabər qalınlıqda yayın. Qapağı örtün. Hər iki tərəfi qızarana kimi bişirin.