2024-də hansı qaş formaları dəbdə olacaq?

2024-də hansı qaş formaları dəbdə olacaq?


Every woman deserves to look beautiful

2024-də hansı qaş formaları dəbdə olacaq?

2024-də hansı qaş formaları dəbdə olacaq?
Biz çox zaman qaşların əhəmiyyətini düzgün qiymətləndirmirik, baxmayaraq ki, onların rəngi və forması bəzən üzü tanınmaz dərəcədə dəyişə bilər. Həm yaxşı, həm də pis mənada. Hər kəsə uyğun olacaq bir qaş forması yoxdur, bu, sizin üz quruluşunuz, dəri, saç və göz rənginizdən asılıdır. Lakin bir neçə variant var ki, onlardan özünüz üçün ən uyğun olanı seçə bilərsiniz.
Məlunat üçün deyək ki, 2024-cü ildə təbii, düz və nazik qaş formaları dəbdə olacaq.
Təbii
2024-də hansı qaş formaları dəbdə olacaq?
Qaş dizaynının əsas tendensiyalarından biri odur ki, praktiki olaraq heç nəyi dəyişdirmirik. Qaş paletlərinin köməyi ilə onu əhəmiyyətli dərəcədə daraltmağa və ya genişləndirməyə çalışmayın, ancaq formanı olduğu kimi saxlayaraq minimal şəkildə düzəldin. Həddən artıq vurğulanmış və boya ilə doldurulmuş qaşlar, çoxdan öz aktuallığını itirib. Bundan əlavə, onlar üzü həmişə ağırlaşdırır, hətta bizi olduğumuzdan daha yaşlı da göstərə bilir.
Nazik
2024-də hansı qaş formaları dəbdə olacaq?
2000-ci illərin nazik qaş trendi bir qədər yerini itirib, lakin moda arenasını tamamilə tərk etməyi planlaşdırmırlar. Bəzi hallarda bu qaş forması sizə baxışlarınızı "açmağa" və üz cizgilərinizi daha incə göstərməyə imkan verir. Nəzərə alın: bu qaş forması hər kəs üçün uyğun deyil və sonradan qaşlarınızı geri qaytarmaq problemli ola bilər. Buna görə də, naqqaşla silahlanmazdan əvvəl maraqlı bir eksperiment aparın. Bunun üçün qələmlə qaşlarda istədiyiniz qalınlığı çəkin və "əlavə" tükləri sıx örtücü krem və konsiler ilə gizləyin. Nəticəni bəyənirsinizsə, qaş mütəxəssisi ilə görüş təyin etməyə qorxmayın.
Düz
2024-də hansı qaş formaları dəbdə olacaq?
Əgər qaşlarınız təbii qövsə malik deyilsə, onlara forma verməyə tələsməməlisiniz. Demək olar ki, dümdüz qaşlar da bu mövsüm çox məşhurdur. Düz qaşların görünüşünüzü ağırlaşdırmaması üçün çox diqqətli olmalısınız. Onları böyümə istiqamətində şəffaf bir gel ilə daramaq ən idiealıdır. Və əgər hardasa seyrəklik varsa, onu xüsusi layner və ya nazik qələmlə nöqtə-nöqtə ilə tamamlamalısınız. Bu şəkildə qaşlar ahəngdar görünəcək.

Share with Friends

190 people on site
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024