Baxımlı qalmaq istəyirsinizsə…

Baxımlı qalmaq istəyirsinizsə…


Every woman deserves to look beautiful

Baxımlı qalmaq istəyirsinizsə…

Baxımlı qalmaq istəyirsinizsə…
Gözəl və baxımlı olmaq istəyirsinizsə onda mütləq aşağıdakı məqamlara diqqət yetirin.
Üzünüzdə olan şişkinliyi aradan qaldırmaq və üzünüzə təravətli görüntü vermək üçün duzlu sudan istifadə edin. Dəsmalı duzlu suda isladıb, üzünüzdə 10 dəqiqə saxlayın.
Dodaqlarınıza həcm verməyə isə diş fırçası və badam yağı kömək edər. Yağı dodağınıza tətbiq edin və fırça ilə 1 dəqiqə ərzində masaj edin.
Dərinizi nəmləndirmək və parlaq etməyə zeytun yağı kömək edər. Üzünüzü buxara verdikdən sonra, 7 dəqiqə ərzində üzünüzü bu möcüzəvi yağ ilə masaj edin. Qalıcı effekt üçün proseduru 4–5 gündə 1 dəfə təkrarlayın.
Dərinizi iltihablardan qurtarmaq üçün baldan istifadə edin. Balı dərinizə çəkib, 15 dəqiqə saxlayın. Daha sonra ilıq su ilə yuyun.
Sızanaqlardan təcili surətdə azad olmaq istəyirsinizsə, onda mütləq  göz damcılarından istifadə edin. Pambıq diskinə bir miqdar göz damcısını tökün. Diski 3–5 dəqiqəlik soyuducunun dərin dondurucu hissəsinə yerləşdirin. Daha sonra sızanağın üzərinə tətbiq edin.
Göz makiyajını təmizləmək üçün mükəmməl vasitəni ev şəraitində hazırlaya bilərsiniz. 3:1 nisbətində su və zeytun yağını qarışdırın. Bu qarışımdan istifadə etdikdən sonra dəriniz hamar və parıltılı olacaq.
Uzun kipriklərə sahib olmaq isə heç də mümkünsüz deyil. 1/2 kokos yağı il 2-4 damcı lavanda yağını qarışdırın. Alınan həmin kütləni qulaq çöpü ilə kipriklərinizin dibinə və uzunluğu boyu çəkin. Bu proseduru hər gecə təkrarlayın.
Samirə Tağıyeva

Share with Friends

42 people on site
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024