Başgicəllənmədən xilas yolu tapıldı

Başgicəllənmədən xilas yolu tapıldı


Every woman deserves to look beautiful

Başgicəllənmədən xilas yolu tapıldı

Başgicəllənmədən xilas yolu tapıldı
D vitamini qəbul etmək vasitəsi ilə mütəmadi müşahidə olunan başgicəllənməni azaltmaq mümkündür.
Tatli.Biz xəbər verir ki, bu qənaətə koreyalı alimlər gəlib.
Elm adamları xoşxassəli pozisyonal patoksizmal başgicəllənmənin (XPPB) medikamentoz yolla mümkün korreksiyasını araşdırıblar. Bu, vestibulyar aparatının ən geniş yayılmış xəstəliyidir. Qeyd olunub ki, qadınlar bu xəstəliyə kişilərdən daha çox tutulurlar. Xəstəlik ölümcül olmasa da, həyat keyfiyyətinə öz mənfi təsirini göstərir.
Bildirilib ki, araşdırmada fizioterapevt müalicəsi təyin edilmiş XPPB diaqnozlu 957 koreyalı iştirak edib. Onların bir qrupuna müəyyən dozada vitamin D ilə kalsium verilib, digərləri isə sadəcə plasebo (heç bir real effekti olmayan həb; müalicə imitasiyası) qəbul edib.
Bir il sonra məlum olub ki, vitamin D və kalsium qəbul edənlərdə başgicəllənmənin mütəmadiliyi ortalama 24% azalıb.
"Bizim araşdırmamız onu göstərir ki, kalsium və vitamin D qəbulu başgicəllənmə residivlərinin mütəmadiliyini azaltmağa kömək edə biləcək minimal yan təsirləri olan ucuz bir müalicə vasitəsidir", - araşdırmanın həmmüəllifi Ci-Su Kim bildirib. / "Deyerler!

Share with Friends

107 people on site
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024