Aytac Könül Kərimovanın mahnısını oxudu - Bu dəfə dəstək verdi
Follow us to stay up to date with the latest news of famous faces
Aytac Könül Kərimovanın mahnısını oxudu - Bu dəfə dəstək verdi

Əməkdar artist Könül Kərimova müğənni Aytac Vidadiqızına irad bildirib.
Tatli.Biz xəbər verir ki, buna səbəb müğənninin Könül xanımın repertuarından "Bir aləm var" adlı mahnını oxuması olub.
Əməkdar artist "Afaqla onlar" verilişində bildirib ki, bundan xəbərsizdir:
"Mahnımı Aytacın ifasında birinci dəfə eşitdim. Mənim xəbərim olmadan oxuyub. O mənim dostumun yadigarıdır, ona ancaq dəstək ola bilərəm. Bəlkə də məndən icazə alıb, xatırlamıram. Deməyibsə də, yəqin ki, axayındır ki, mən ona mane olmayacağam. Oxuyub, halal xoşu olsun. Məni deyəsən çox dinləyib, səsini də oxşadıb mənim səsimə".
Xatırladaq ki, Əməkdar artist gənc ifaçı Anar adlı gənc ifaçının oxuduğu və 5 milyon baxış əldə edən sözləri Zemfira Əlişqızına, musiqisi isə Könül Kərimovaya məxsus olan "Yar başına dönüm sənin" "youtube" kanalından sildirmişdi.
Aysel