Çaparral meşələri
Çaparral meşələri- Mülayim iqlim şəraitində formalaşır.
Yayılma arealı redaktə
Aralıq dənizi sahili rayonlarında, Avstraliyanın cənub sahilləri boyu, Kaliforniya və Meksikada yayılmışdır.
Yayıldığı şərait redaktə
Yumşaq, mülayim iqlimi olan ərazilərdə yayılmışdır. İllik yağıntıların miqdarı 500-700 mm olub isti qış dövründə düşür.
Bitki növləri redaktə
Çapparal qruplaşmaları ağaclardan dəfnə, həmişəyaşıl palıd növləri və qalın sarı rəngli həmişəyaşıl yarpaqlı kollardan ibarətdir. Avstraliyanın meşələrində evkalipt ağacları və kolluqlar dominantlıq edir.
Heyvanlar aləmi redaktə
Burada qaraquyruqlu maral və bir çox quşlar burada yaşayır. İsti quru yay dövrü başlayan zaman onlar şimala dağ rayonlarına köçürlər. Bu meşelərin daimi sakinləri azdır: Bəhmən kiçik dovşanı, ağac siçovulları, burunduklar, kərtənkələlər, xırda sərçələr daha xarakterikdir. Vegetasiya dövrünün sonunda çoxalan quş və həşərat populyasiyalarının sıxlığı azalır; yayın sonunda bitkilər quruduqda da populyasiyaların sayı azalır.
Ekoloji problemləri redaktə
Yayın sonunda baş verən yanğınlar yamacları çılpaqlaşdırır. Yanğından sonra ilk yağışlar zamanı kollar tez və sürətlə sahəni tutaraq 15-20 il ərzində maksimum boya çatır. [1]
Həmçinin bax redaktə
İstinadlar redaktə
- ↑ "EKOLOGİYA, ƏTRAF MÜHİT VƏ İNSAN (Ali məktəblər üçün dərslik )" (PDF). 2017-07-05 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-06-01.