İctimai Radio Haqqinda Melumat - Vikipedia

İctimai Radio Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İctimai Radio

Bakıda radiostansiya

İctimai Radio — Azərbaycanda fəaliyyət göstərən radiostansiya. İctimai Radionun yayımı İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən bütün ölkə üzrə həyata keçirilir və Abşeron Yarımadasında 90 FM tezliyində yayımlanır. Radio Azərbaycan dilində fəaliyyət göstərir. Yayımın əhəmiyyətli hissəsini azərbaycanlı musiqiçilərin əsərləri təşkil edir.

İctimai Radio
İctimai Televiziya və Radio Yayımları Şirkəti
Loqonun şəkli
Ölkə Azərbaycan Azərbaycan
Yayım ərazisi Azerspace-1 peykinin əhatə dairəsi
Dil Azərbaycan dili
Baş qərargah Bakı Bakı
Yaranma tarixi 10 yanvar 2006
Sahibi Azərbaycan dövləti
Rəhbərlik DJ Fateh
Qardaş kanallar İctimai TV
Sayt ictimairadio.az
90fm.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi redaktə

Radio 2006-cı il yanvarın 10-dan fasiləsiz yayımdadır. İctimai Radio 24 saatlıq rejimdə, bütün ölkə ərazisində yayımlanır. Proqram cədvəlində əyləncəli səhər verilişi, maarifləndirici axşam şousu, idman verilişi, biznes yönümlü tok-şou, milli caz musiqisinə həsr olunmuş veriliş, o cümlədən, Azərbaycanın siyasi, sosial, mədəni gündəminə dair bir çox maarifləndirici proqramlar da yer almaqdadır. Həmçinin yeni fəaliyyətə başlayan musiqiçilərə dəstəyi ilə seçilən radionun yayımında tez-tez gənc ifaçıların musiqilərini eşitmək mümkündür. İctimai Radio Azərbaycanın ən yenilikçi yayımçılarından hesab edilir və ölkədə yeganə ictimai yayımçıdır. İctimai Radionun fəaliyyəti “İctimai televiziya və radio yayımı haqqında” qanunla tənzimlənir. Proqram cədvəli aşağıdakı kimidir:[1]

Verilişlər Qısa icmalı Yayım vaxtı
MANPASI Əyləncə xarakterli səhər şousu. Radio veriliş 2012-ci ildən yayımlansa da, İctimai Radioda yayıma 2019-cu ildə başlayıb. Aparıcıları DJ Fateh və Rəvan Bağırovdur. Bazar ertəsi - cümə,

08:00 - 10:00

İdman gündəliyi Gündəlik idman verilişi. Veriliş 2022-ci ildən yayımlanır və aparıcısı Əhməd Əliyevdir. Bazar ertəsi - cümə,

11:00 - 12:00

İdarəetmənin əsasları Biznes, iqtisadiyyat və iş həyatına dair müzakirələrin aparıldığı tok-şou. 2018-ci ildən yayımlanır və aparıcısı Nərmin Aşurzadədir. Bazar ertəsi - cümə,

13:00 - 15:00

Can, Azərbaycan! Azərbaycanın mədəniyyəti, tarixi, incəsənəti və gündəlik həyatı haqqında maarifləndirici veriliş. 2022-ci ildən yayımlanır və aparıcısı Pərvanə Nadirqızıdır. Bazar ertəsi - cümə,

15:00 (təkrarı 21:00)

AvtoStop Azərbaycanın efir məkanında sürücülər üçün nəzərdə tutulmuş ilk və ən populyar maarifləndirici veriliş. Veriliş 2010-cu ildən yayımlansa da, İctimai Radioda 2019-cu ildən yayıma başlayıb. Aparıcısı Tural Yusifovdur. Bazar ertəsi - cümə, 18:00 - 20:00.
AzəriJazz Azərbaycan caz musiqisi haqqında nadir verilişlərdən biri. Radioda 2019-cu ildən yayımlanır və aparıcısı Rahib Azəridir. Şənbə, 11:00 - 13:00

(təkrarı bazar günü, 15:00 - 17:00)



Rubrikalar Qısa icmalı
Az tanınmışlar Azərbaycan tarixində əvəzsiz xidmətləri olan, lakin ictimaiyyət tərəfindən az tanınan tarixi şəxslərin həyat və nailiyyətlərindən bəhs edən rubrika. Rubrika 18 dekabr 2023-cü il tarixində Medianın İnkişafı Agentliyinin fərdi jurnalist müsabiqəsində ən yaxşı mədəniyyət reportajı nominasiyasına layiq görülüb.
Əsas can sağlığıdır! Sağlam qidalanma, nutrisiologiya və pəhriz vərdişləri barədə məlumatlar toplusu
Bu gün “Tarixdə bir gün” konseptli maarifləndirici rubrika
İdman pleylisti İdman ictimaiyyəti üçün əhəmiyyətli mahnıların, çempionat himnlərinin tarixçəsi
Adlı-sanlı rubrika İdmançıların ləqəbləri və onların tarixçəsi barədə rubrika
Bilmədiyiniz termin qalmasın İdman terminlərinin izahlı lüğəti
Ən bahalı rubrika İdman sahəsində ən böyük büdcələr, ən bahalı transferlər və böyük məbləğlərin mövzu olduğu rubrika
Anonim menecerlər klubu Sahibkarların və menecerlərin mənfi, amma öyrədici təcrübəsi əsasında hazırlanmış rubrika
Pul bir səndə, bir də... Dünya ölkələrinin valyutaları barədə məlumat toplusu
1001 xırdavat Kiçik ölçülü əşyaların böyük pullar qazandırmasının tarixçəsi barədə rubrika
Pulun var?! Maliyyə savadlılığının artmasına yönəlmiş maarifləndirici rubrika

Xüsusi buraxılışlar redaktə

Muğam axşamları — Layihə Beynəlxalq Muğam Mərkəzi və İctimai Radionun birgə əməkdaşlığı ilə baş tutub. Bu layihə çərçivəsində tanınmış muğam ifaçıları tərəfindən ifa edilmiş muğamlar, xalq mahnıları və təsniflərin canlı konsert yazısı səsləndirilib. Layihə 2022-2023-cü illəri əhatə edib.[2]

AvtoStop yolda — Sürücü və digər hərəkət iştirakçılarının problemlərini daha yaxşı anlamaq və dinləyicilərə çatdırmaq üçün həyata keçirilən layihələrdən biri də “AvtoStop yolda” olub. “AvtoStop” verilişinin aparıcısı DJ Turalın maşınında quraşdırılan xüsusi avadanlıqlar ilə distant şəkildə yayıma nail olunub.

Mobil tətbiq redaktə

İctimai Radio onlayn yayımını onlayn yayım platformaları və ictimairadio.az saytından başqa həm də “ITV Mobile” tətbiqi üzərindən həyata keçirir. Mobil tətbiq dünyanın bütün ölkələrində IOS və Android əməliyyat sistemləri üçün mövcuddur. Bununla yanaşı İctimai Radionun verilişləri və rubrikalarını radiostansiyanın sosial şəbəkə hesablarında və podkast platformalarda dinləmək mümkündür.

İstinadlar redaktə

  1. "Arxivlənmiş surət". 2019-01-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-01-09.
  2. "Arxivlənmiş surət". 2015-03-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-11.

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə


75 people on site
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024