Əlinağı xan Müfaxxarülməmalik
Əlinağı xan Sadıq xan oğlu Müfaxxarülməmalik (?-1909) — Xoy, Salmas və Tehranın hakimi.
Əlinağı xan Müfaxxarülməmalik | |
---|---|
Əlinağı xan Sadıq xan oğlu | |
Şəxsi məlumatlar | |
Doğum yeri | Təbriz |
Vəfat tarixi | |
Vəfat yeri | İran |
Fəaliyyəti | məmur |
Atası | Sadıq xan |
Həyatı redaktə
Əlinağı xan Sadıq xan oğlu Təbriz şəhərində anadan olmuşdu. Atası bu şəhərin darğası vəzifəsində çalışmışdı. Müzəffərəddin şah Qacar yaxınlarından sayılırdı.
Əlinağı xan mükəmməl mədrəsə təhsili almışdı. Təbrizdə vəliəhd Məhəmmədəli mirzənin diqqətini cəlb etmişdi. Müfaxxarülməmalik ləqəbini almışdı. 1906-cı ildə Xoy və Salmasın hakimi təyin edilmişdi. Ona ciddi tapşırılmışdı ki, məşrutəpərəstləri göz açmağa imkan verməsin. Tapşırılan işlərin öhdəsindən lazımınca gəlmişdi.
1908-ci ildə Mirzə Əhməd xan Müşirəssəltənənin təşkil etdiyi kabinədə ticarət naziri vəzifəsini daşımışdı. Sonra Tehranın hakimi vəzifəsinə göndərilmişdi. Məşrutəçilər tərəfində Tehran fəth olunduqdan sonra təğyiri-libas olub qaçmışdı. Mazandaran-Bakı yolunda, Ləkən çayının kənarında tutulmuşdu.
1909-cu ildə inqilabi məhkəmənin hökmü ilə güllələnmişdi.
Mənbə redaktə
- Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.