Portal:Cənubi Azərbaycan/Mədəniyyət Haqqinda Melumat - Vikipedia

Portal:Cənubi Azərbaycan/Mədəniyyət Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Portal:Cənubi Azərbaycan/Mədəniyyət

Seyid Həmzə türbəsiTəbriz şəhərində müqəddəs məkan və memarlıq abidəsi. Təbrizin müqəddəs sayılan yerlərindən biri də Seyid Həmzə türbəsidir. Seyid Həmzə İmam Museyi Kazımın nəslindəndir. Tarixi mənbələrdə qeyd olunur ki, Seyid Həmzə Sultan Mahmud Qazan xan zamanı böyük məqam sahibi - şahın vəziri idi. Casuslar Seyid Həmzəni şaha çuğulladıqlarından şah onun ölümünə fitva vermişdi. Deyilənlərə görə, hələ qədim zamanlardan kim bura pənah gətirsəymiş, onun günahı bağışlanarmış. Seyid Həmzənin qəbrinin üzərində Həzrət Əli tərəfindən yazıldığı söylənilən, nəfis tərtibatlı bir Quran da qoyulub. Türbənin giriş qapısında Quranın bu ayəsi yazılıb: "Varid olurlar sələmətli və əmin bir yerə". Onun yanında isə Məhəmməd peyğəmbərin "Ey qapıları açan Allah" sözləri yazılıb. Türbənin yanında bir sıra görkəmli şəxsiyyətlərin də qəbirləri var.


126 people on site
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024