Qatarın dəmiryol stansiyasına daxil olması
(Qatarın dəmiryol stansiyasına daxil olması (film, 1898) səhifəsindən istiqamətləndirilmişdir)
Qatarın dəmiryol stansiyasına daxil olması | |
---|---|
Film Musa Nağıyevin yaşayış binalarının yerində (28 May küçəsi) fəaliyyət göstərən Vasil-Vyatskinin teatr-sirkində nümayiş etdirilmişdir. | |
Janr | sənədli film, səssiz film |
Rejissor | Aleksandr Mişon[1] |
Prodüser | |
Ssenari müəllifi | |
Operator | Aleksandr Mişon |
İlk baxış tarixi | 21 iyun 1898 |
Filmin növü | qısametrajlı sənədli film |
Müddət | 1 dəq. |
Ölkələr | Rusiya imperiyası |
Dil | səssiz |
Texniki məlumatlar |
1 hissə 35 mm |
Rəng | ağ-qara |
Çəkiliş yeri | Bakı |
IMDb | ID1440272 |
Məzmun redaktə
Kinosüjetdə qatarın Bakı dəmiryol stansiyasına daxil olması anları lentə alınmışdır.[1]
Film haqqında redaktə
- Bu kinolent xaraktercə dünya kino tarixinin başlanğıcında Lümyer qardaşlarının çəkdikləri eyni adlı filmin təkrarı idi. Bununla belə o reportaj manerasında lentə alınmış hadisəli informasiya süjetidir. Lentə alınan qatarın kinokameranın üstünə gəlməsi özü-özlüyündə kinematoqrafik situasiya yaratmış və tamaşaçıda ekspressiv-coşğun duyğular oyadaraq, onun hiss və həyəcanına fəal şəkildə təsir etmişdir. Şahidlərin yazdığına görə və kino tarixi ilə bağlı tədqiqatlardan məlum olur ki, Lümyer qardaşlarının ixtirasının ilk nümayişi zamanı tamaşaçılar parovozun ekran boyu sürətlə onların üstünə gəldiyini görüb qorxuya düşmüş və hay-küylə kafedən bayıra qaçmışlar. Şübhəsiz, həmin hadisə Bakıda da təkrar olunmuşdur.[1]
- Bu kinosüjet Bakıda V. İ. Vasilyev-Vyatskinin teatr-sirkində iyunun 21-də göstərilmişdir.[1]
Filmin heyəti redaktə
Film üzərində işləyənlər redaktə
- Rejissor: Aleksandr Mişon
- Operator: Aleksandr Mişon
İstinadlar redaktə
Mənbə redaktə
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 11.
- Aydın Kazımzadə. "Bu belə olub". [Azərbaycan kinosu — 110] //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 10–11.