Rauf Əliyev (əsgər, 1994)
Rauf Səxavət oğlu Əliyev (4 iyun 1994, Əbrəqunis, Naxçıvan Muxtar Respublikası – 22 oktyabr 2020, Hadrut) — Aprel döyüşləri iştirakçısı, İkinci Qarabağ müharibəsi şəhidi.
Rauf Əliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum adı | Rauf Səxavət oğlu Əliyev |
Doğum tarixi | 4 iyun 1994 |
Doğum yeri | |
Vəfat tarixi | 22 oktyabr 2020 (26 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri | II Fəxri Xiyaban |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
Aprel döyüşləri İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi • Füzulinin azad edilməsi • Hadrutun azad edilməsi • Zəngilanın azad edilməsi |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı redaktə
Rauf Əliyev 1994-cü il iyun ayının 4-də Naxçıvan Muxtar Respublikası, Culfa rayonunun Əbrəqunus kəndində dünyaya göz açmışdır.[1]
Təhsili redaktə
Orta təhsilini Nəsimi rayonu 19 nömrəli məktəbdə almışdır. 2011–2015-ci illərdə Azərbaycan Texniki Universitetinin İnformasiya və Texnologiya fakültəsini bitirmişdir.
Ailəsi redaktə
Subay idi.
Aprel döyüşləri redaktə
2015-ci ildə hərbi xidmətə yollanmış və Aprel döyüşlərinin fəal iştirakçısı olmuşdur. Lələtəpə uğrunda gedən döyüşlərdə iştirak etmişdir
İş fəaliyyəti redaktə
Hərbi xidmətdən sonra əmək fəaliyyətinə Celt Colleges hazırlıq kurslarında ingilis dili müəllimi olaraq başlamış, daha sonra nüfuzlu İKT şirkətlərində aparıcı vəzifələrdə çalışmışdır. Sonuncu iş yeri və və çalışdığı vəzifə Azər-Türk Bankda proqramist vəzifəsi olmuşdur. Proqramlaşdırma üzrə bir çox beynəlxalq sertfikartları qazanmış, bir neçə xarici ölkədə proqramlaşdırma üzrə təlimlərdə iştirak etmişdir. İngilis, rus dillərini mükəmməl bilməklə yanaşı, həvəskar qitara ifaçısı olmuşdur.
Hərbi xidməti redaktə
2015-ci ildə vətənə olan vəzifə borcunu yerinə yetirməyə getmişdir.Hərbi xidmətdən qayıtdıqdan sonra iş həyatında daha mükəmməl olması üçün dünya miqyaslı kurslarda iştirak etmiş və beynəlxalq proqramist sertifikatı almışdır.
Dəfn yeri redaktə
Azərbaycan Ordusunun əsgəri olan Rauf Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavənd rayonunun Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rauf Əliyev oktyabrın 22-də Hadrut döyüşləri (Ərgünəş kəndində) zamanı şəhid olub. Füzuli istiqamətində, Lələtəpə yüksəkliyinin alınmasında fəallıq göstərmiş, Müdafiə Nazirliyinin Fəxri Fərmanına layiq görülmüşdür. İkinci Fəxri Xiyabanda torpağa tapşırılmışdır.
Təltifləri redaktə
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[2]
- (25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı[3] (ölümündən sonra)
- (24.06.2021) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)[4]
İstinadlar redaktə
- ↑ "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycanın Müdafiə Nazirliyi). 08.12.2020. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 08.12.2020.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". 25.12.2020. 2020-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası) ( (az.)). 24.06.2021. 2021-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.