Si Sya
Qərbi Hsia Sülaləsi, Qərbi Xia sülaləsi (Çincə: 西夏; pinyin: Xī Xià) və ya Tanqut İmperiyası — 1032–1227-ci illər arasında indiki şimal-qərb Çinin Qansu, Şanşi və Ninqşa bölgərinin olduğu yerlərdə mövcud olmuş dövlət və eyniadlı sülalə.
dağılıb | |
Si Sya | |
---|---|
白高大夏國 | |
|
|
Dilləri | Çin dili |
Rəsmi dilləri | Tanqut dili, Çin dili |
Dövlət dini | rəsmi dini olmayıb |
Ərazisi | 800000 km2 |
Əhalisi | 3000000 |
İdarəetmə forması | Monarxiya |
Sülalə | Qərbi Hsia |
Dövlət başçıları | |
İlk imperator | |
• 1038 - 1048 | Li Yuanhao |
Son imperator | |
• 1226 - 1227 | Li Hsian |
Vikianbarda əlaqəli mediafayllar |
Si Sya | |
---|---|
大白高國 𗴂𗹭𘜶𗴲𗂧 𗴂𗹭𗂧𘜶 | |
Banisi | Li Çiçjen |
Sonuncu hökmdar | Li Moju |
Hazırkı rəhbər | yoxdur |
Əsası qoyulub | 963 |
Soyun kəsilməsi | 1227 |
Milliyyət | Monqol |
Titullar | |
İmperator | |
Vikianbarda əlaqəli mediafayllar |
Hökmdarları redaktə
Doğum adı | Şəxsi adı | Həyat illəri | İdarə etdiyi illər | Olümündən sonra məbəd adı[1] |
---|---|---|---|---|
Toba Veili | Li Yuanhao | 1003–1048 | 1038–1048 | Cinqzonq |
Toba Lanqçuo | Li Lanqçuo | 1047–1067 | 1048–1067 | Yizonq |
Toba Binqçanq | Li Binqçanq | 1060–1086 | 1067–1086 | Hizonq |
Toba Kyanşun | Li Kyanşun | 1084–1139 | 1086–1139 | Çonqzonq |
Toba Renhsiao | Li Renhsiao | 1124–1193 | 1139–1193 | Renzonq |
Toba Çunyu | Li Çunyu | 1177–1206 | 1193–1206 | Huanqzonq |
Toba Ankan | Li Ankan | 1170–1212 | 1206–1211 | Hsianqzonq |
Toba Çunhsui | Li Çunhsui | 1163–1226 | 1211–1223 | Şenzonq |
Toba Diyuanq | Li Diyuanq | 1181–1226 | 1266 | Hsianzonq |
Toba Hsian | Li Hsian | ?—1227 | 1266–1227 | Moju |
Li Yuanhao redaktə
Əslən Şahzadə Toba Çiçinin nəslindən gəlirdi. Sonq ordusunda general olduqdan sonra o 1038-ci ildə 500.000 nəfərlik özünə sadiq ordusu ilə dövlətə üsyan edərək öz dövlətini qurdu. 1044-cü ildə Sonq imperatoru ilə sülh bağladı. 10 il sonra oğlu tərəfindən öldürüldü.
Li Lanqçuo redaktə
Bir yaşında taxta çıxsa da əsl hakimiyyəti 1061-ci ildə əlinə aldı. 6 il sonra qəflətən öldü.
Li Binqçanq redaktə
Altı yaşında taxta çıxsa da heç vaxt anasının qəyyumluğundan qurtula bilmədi və 26 yaşında öldü.
Li Kyanşun redaktə
Üç yaşında taxta çıxdı. O babalarının siyasətinə əks çıxaraq çinliləşməyin tərəfini tuturdu.
Li Renhsiao redaktə
On altı yaşında taxta çıxdı. Məktəblər qurdu və öz əyanları imtahanla seçdi. 1170-ci ildə özünə qarşı sui-qəsd planının üstünü açanda generallarını edam etdirdi və orduya güvənməməyə başladı. Onun hakimiyyəti ən güclü dönəmdir.
Li Çunyu redaktə
Onun dövründə çöküş başladı. Rüşvət baş alıb getməyə başladı. Çingiz xanın ard-arda qazandığı qələbələr əmisi oğlunun onu devirməsi ilə başa çatdı.
Li Ankan redaktə
Li Çunyu'nu devirən Ankan, qonşu ölkələrlə sülhü pozdu və müharibəyə başladı. Bərbad siyasətdən təngə gələn əhali, qardaşı oğlunun başçılığı ilə üsyan qaldırıb onu devirdi.
Li Çunhsui redaktə
Üsyan ilə hakimiyyətə gəlsə də özündən əvvəlki imperatorun siyasətini davam etdirməsi dövlətin çöküşünü sürətləndirdi.
Li Diyuanq redaktə
O özündən əvvəlki imperatordan fərqli olaraq sülh siyasəti güdsə də elə həmin il də öldürüldü.
Li Hsian redaktə
Monqol işğalına qarşı müqavimət göstərsə də zəlzələ nəticəsində şəhərin divarları uçdu və monqollar tərəfindən edam edildi.
İstinadlar redaktə
- ↑ Olümündən sonra adları və məbəd adları müxtəlif sülalələrdən imperatorlar tərəfindən mənimsənilirdi, adətən adın başlanğıcında sülalənin adı şəklində ön şəkilçidən istifadə edirlər. Məsələn, Xun adında imperatoru, həmçinin Min Tay-szu adlandırırlar.