"Qəbələ"yə keçmək variantım var idi" - Dmitri Nağıyev - İdman Xəbərləri | Tatli.Biz
"Qəbələ"yə keçmək variantım var idi" - Dmitri Nağıyev - İdman Xəbərləri
Ən yeni idman xəbərləri

"Qəbələ"yə keçmək variantım var idi" - Dmitri Nağıyev

"Qəbələ"yə keçmək variantım var idi" - Dmitri Nağıyev

[03.04.2017]
"Qəbələ"yə keçmək variantım var idi" - <b style="color:red"> Dmitri Nağıyev</b> “Anamın bir tərəfi  azərbaycanlıdır.  Artıq aramızda olmayan babam Azərbaycanda tanınmış hərbçi olub. AFFA-dakı insanlar onun vasitəsilə mənlə əlaqə saxladılar”.

Qol.az-ın xəbərinə görə,  bu sözləri Ukraynanın “Dnepr” klubunun və U-21 millimizin futbolçusu Dmitri Nağıyev "Sevodnya" qəzetinə müsahibəsində deyib.

Ukraynada doğulan gənc müdafiəçi Azərbaycan millisini seçməsi haqda sualı cavablandırıb:
“Mənə Azərbaycan yığmasında oynamağı təklifi edəndə "Niyə də yox?"  dedim. Özümü sınamağa qərar verdim. Üstəlik, həmin vaxt “Qəbələ” variantı da var idi. Azərbaycan vətəndaşı olmağım mənə bu ölkədə legioner sayılmamaqda kömək edə bilərdi. Sonra hər şey gözlədiyim kimi alınmadı. Ancaq Azərbaycan pasportunu aldım və gənclər yığmasında bir neçə oyun keçirdim. Yeri gəlmişkən, çoxları elə düşünür ki, Azərbaycan köklərim atam tərəfdəndir. Ancaq əksinədir. AFFA-nın saytında məni Dmitri Ruslan oğlu Nağıyev kimi yazanda  anam bərk güldü, atamla zarafatlaşdı. Ümumiyyətlə, Azərbaycanda qohumlarım, tanışlarım çoxdur. “Zvezda” ilə oyundan sonra mənə çoxlu zəng gəldi.  Ən xoş olan budur ki, hətta oynamayanda da Azərbaycandan yazırlar, zəng edirlər”.
Nağıyev Ukrayna yığmasında oynamaq şansını da dəyərləndirib: “Yalnız Azərbaycan yığmasının heyətində rəsmi oyuna çıxandan sonra Ukrayna millisinin qapıları üzümə bağlana bilər. FİFA-nın qaydaları belədir. Onu da gözəl başa düşürəm ki, mənim səviyyəm əsas yığmaya uyğun deyil”.



Dostlarınla Paylaş

Saytda 86 nəfər
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022