Çeferindən növbəti xəbərdarlıq - İdman Xəbərləri Çeferindən növbəti xəbərdarlıq - İdman Xəbərləri
Ən yeni idman xəbərləri

Çeferindən növbəti xəbərdarlıq

Çeferindən növbəti xəbərdarlıq

[24.04.2021]
Çeferindən növbəti xəbərdarlıq UEFA prezidenti Aleksander Çeferin Avropa Superliqasından imtina etməyən klublara növbəti dəfə xəbərdarlıq edib.

Qol.az xəbər verir ki, O, "Associated Press"ə açıqlamasında "Real" və "Barselona"nı  Avrokuboklardan kənarda saxlamaqla hədələyib:

"Desələr ki, biz turnirdən çıxmırıq, Çempionlar Liqasında oynamayacaqlar. Buna hazırdırlarsa, öz Superliqalarında mübarizə apara bilərlər".
Qeyd edək ki, Avropa Superliqasını aprelin 18-də  “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”,“Çelsi”, “Real Madrid", “Barselona”, “Atletiko”, “Yuventus”, “Milan” və “İnter” klubları yaradıblar. Sonradan 10 klub turniri tərk edib. Avropa Superliqası isə fəaliyyətini dayandırıb..



Dostlarınla Paylaş

Saytda 227 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022