"Bəlkə UEFA-dan ilin 400 günə qaldırılmasını xahiş edək" - İdman Xəbərləri "Bəlkə UEFA-dan ilin 400 günə qaldırılmasını xahiş edək" - İdman Xəbərləri
Ən yeni idman xəbərləri

"Bəlkə UEFA-dan ilin 400 günə qaldırılmasını xahiş edək"

"Bəlkə UEFA-dan ilin 400 günə qaldırılmasını xahiş edək"

[24.04.2021]
"Bəlkə UEFA-dan ilin 400 günə qaldırılmasını xahiş edək" "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının yeni formatından narazıdır.
Qol.az "BBC"yə istinadən xəbər verir ki, o, bununla bağlı deyib:
"Hər dəfə eyni şeydir. Futbolda hər kəs keyfiyyətin yaxşılaşdırılmasını tələb edir və UEFA sayın çox olmasında israrlıdır. Biz proseslərə rəhbərlik etmirik, bəlkə UEFA və FİFA-dan ilin 400 günə uzatmağı xahiş edək? Düzü, bilmirəm. Bəlkə yalnız 400 gündə problemin həlli olacaq".
Qeyd edək ki, Çempionlar Liqasının yeni formatına əsasən isə 2024/25 mövsümündən başlayaraq qrup mərhələsi ləğv olunacaq, komandaların ümumi sayı 32-dən 36-yə yüksəldiləcək. Həmin vaxta qədər isə yarış indiki formatda davam edəcək.



Dostlarınla Paylaş

Saytda 106 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022