"Oruc tutduğu üçün onu əvəzlədim" - İdman Xəbərləri
Ən yeni idman xəbərləri
"Oruc tutduğu üçün onu əvəzlədim"
"Oruc tutduğu üçün onu əvəzlədim"
[24.04.2021] "Lester"in baş məşqçisi Brendan Rocers İngiltərə Prenyer Liqasının 32-ci turundan təxirə salınmış "Vest Bromviç"lə matçda (3:0) komandanın aparıcı üzvü Vesle Fofananı əvəzləməsinin səbəbi haqda danışıb.
Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o deyib ki, fransalı müdafiəçi oruc tutduğu üçün bu addımı atıb: "Fofana oruc tutur, kənara gedib bir şeylər yeməyini istədim. Oyunçuların dini inanclarına hörmət edirəm".
Qeyd edək ki, Fofana 60-cı dəqiqədə Mark Albraytonla əvəzlənib.