"Neftçi"nin çempion olmasını istəyirəm" - Müsahibə - İdman Xəbərləri "Neftçi"nin çempion olmasını istəyirəm" - Müsahibə - İdman Xəbərləri
Ən yeni idman xəbərləri

"Neftçi"nin çempion olmasını istəyirəm" - Müsahibə

"Neftçi"nin çempion olmasını istəyirəm" - Müsahibə

[24.04.2021]
"Neftçi"nin çempion olmasını istəyirəm" - <b style="color:red">Müsahibə</b> "Səbail" klubunun müdafiəçisi Məqsəd İsayev Qol.az saytına müsahibə verib.
- Öz oyunundan razısan?
- Fikrimcə, yaxşı çıxış edirəm. Komandam üçün bacardığım hər şeyi edirəm. Düşünürəm ki, hələ bundan da çox yaxşı oynaya bilərəm. Hər şey özümdən asılıdır.
- Bir zamanlar adınız çox çəkilirdi. Xususən "Neftçi"də oynayan zaman.
- Bəli, sizinlə razıyam. "Neftçi" göz önündə olan bir klubudur. Orda oynayanda hər kəsin diqqətində olursan. Mən o dövrdə güclü və təcrübəli futbolçularla oynayırdım, bunu da nəzərə alın. Yaxşı çıxış etməyimdə onların da rolu var. Amma indi də zəif deyiləm. Hər zaman oyunumla sözümü deyə bilərəm.
- Növbəti tur sabiq klubun "Keşlə"yə qarşı oynayacaqsınız. Fikrlərin maraqlıdır.
- Görüşə 3 xal üçün çıxacağıq. Bu, bizim üçün 6 xallıq bir oyundur. Düşünürəm ki, düzgün oynasaq, tapşırıqları yerinə yetirsək "Keşlə"yə qalib gələcəyik.
- Bəs, digər sabiq komandan "Neftçi"nin çempionluq yolunda mübarizəsini necə qiymətləndirirsiniz?
- Şübhəsiz ki, son turlar "Neftçi" üçün çox önəmli olacaq. Xal itkisi olmasa, "Neftçi" çempion ola bilər. Mən də öz növbəmdə "Neftçi"nin çempion olmağını istəyirəm. "Neftçi" azarkeşləri buna layiqdir.
- Ara-sıra sizə xarici klublardan təklif gəldiyini eşidirdik. Keçidlərdə nə mane olur?
- Açıq deyim, real bir təklif olmur. Hər kəs istəyir xaricdə oynasın, amma boşuna gedib, sonra qayıtmağa da ehtiyac yoxdur. Qismət olsa xaricdə oynayacağam. Hazırda fikrimi yerli çempionata yönəltmişəm.
- "Səbail" autsayderlər qrupundan çıxa biləcək?
- Biz çalışırıq ki, yuxarı pillələrə qalxaq. Hamı ən yaxşısını etməyə çalışır. Çempionatın sonuna az qalıb. Bu oyunlarda xal yığıb beşinci pilləni təmin etmək istəyirik.

Ağa Dadaşzadə



Dostlarınla Paylaş

Saytda 218 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022