Daha bir güləşçimiz ermənini məğlub etdi - İdman Xəbərləri Daha bir güləşçimiz ermənini məğlub etdi - İdman Xəbərləri
Ən yeni idman xəbərləri

Daha bir güləşçimiz ermənini məğlub etdi

Daha bir güləşçimiz ermənini məğlub etdi

[24.04.2021]
Daha bir güləşçimiz ermənini məğlub etdi Yunan-Roma güləşi üzrə idmançımız Sənan Süleymanov Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.
Qol.az xəbər verir ki, 77 kq çəki dərəcəsində mübarizə aparan Süleymanov təsəlliverici qarşılaşmada Ermənistan təmsilçisi Varujan Qriqoryanı məğlub edib. O, medal uğrunda görüşdə ukraynalı Dmitri Pışkovla üz-üzə gələcək. Medal qarşılaşmaları Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, Sənan Süleymanov 2020-ci ildə İtaliyanın paytaxtı Romadakı Avropa çempionatında qızıl medal qazanıb.



Dostlarınla Paylaş

Saytda 65 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022