[24.04.2021] "Yuventus" un baş məşqçisi Andrea Pirlo komandanın hücumçuları Kriştiano Ronaldo və Paulo Dibalanın çıxışından danışıb.
Qol.az “Football İtalia”ya istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssis deyib:
“Dibala özünü daha yaxşı hiss edir. “Parma” ilə matç zamanı daha yaxşı hərəkət etməyə başladığını, özündə yüngüllük hiss etdiyini gördüm. Ronaldo ilə isə ilk mövsümümdür və onunla əla münasibətim var. Həmişə uğurlu olmaq istəyir, məşqdə belə əsəbiləşir. Ronaldo hər zaman dəstək olmağa hazırdır və uşaqlar üçün nümunə olmaq istəyir”.