Messi 7,3 milyon dollara ev aldı - İdman Xəbərləri Messi 7,3 milyon dollara ev aldı - İdman Xəbərləri
Ən yeni idman xəbərləri

Messi 7,3 milyon dollara ev aldı

Messi 7,3 milyon dollara ev aldı

[25.04.2021]
Messi 7,3 milyon dollara ev aldı "Barselona"nın kapitanı Lionel Messinin ailəsi ABŞ-ın Florida ştatında elit mənzil alıb.
Qol.az "The Real Deal"a istinadən xəbər verir ki, ev Sanni-Ayls-Biç  şəhərinin Kollinz küçəsindəki çoxmənzilli binanın bütün 9-cu mərtəbəsində yerləşir. Argentinalı hücumçu isə bu mənzili almaq üçün 7,3 milyon dollar xərcləyib. Mənzildə 4 yataq otağı, 4 vanna otağı, 195 kvadratmetr terras və 1 000 şüşə qablıq şərab soyuducusu var.
Alış 34 yaşlı oyunçunun ailəsinin Sanni-Aylsin 10 blok cənubunda "Porsche Design Tower"dəki mənzil üçün 5 milyon dollar ödəməsindən 2,5 il sonra baş verib. Mənzilin alışına Lionelin atası Xorxe Messi cavabdeh olub.
Qeyd edək ki, Lionel Messini 2020-ci ildə "Forbes"in hazırladığı ən çox qazanan idmançıların siyahısında 3-cü olub (104 milyon avro)






Dostlarınla Paylaş

Saytda 242 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022