11 klub "Yuventus", "İnter" və "Milan"ın cəzalandırılmasını istəyir - İdman Xəbərləri 11 klub "Yuventus", "İnter" və "Milan"ın cəzalandırılmasını istəyir - İdman Xəbərləri
Ən yeni idman xəbərləri

11 klub "Yuventus", "İnter" və "Milan"ın cəzalandırılmasını istəyir

11 klub "Yuventus", "İnter" və "Milan"ın cəzalandırılmasını istəyir

[25.04.2021]
11 klub "Yuventus", "İnter" və "Milan"ın cəzalandırılmasını istəyir İtaliyanın çempionat komandalarının əksəriyyəti "Yuventus, "İnter" və "Milan"ın Avropa Superliqası layihəsinə qoşulduqlarına görə cəzalandırılmasını tələb edən bir məktub imzalayıblar.
Qol.az xəbər verir ki, bu barədə "La Repubblica" nəşri məlumat yayıb. Məktubda ehtimal olunan sanksiyaları müzakirə etmək üçün İtaliya çempionatı iştirakçılarının təcili çağırılması çağırışı da var. Məktubu imzalayanlar arasında "Roma", "Torino", "Bolonya", "Cenoa", "Sampdoriya", "Sassuolo", "La Spezia", "Benevento", "Krotone", "Parma" və "Kalyari" kimi klublar var.
Xatırladaq ki, aprelin 19-da "Real", "Barselona", "Atletiko", "İnter", "Yuventus", "Milan", "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem" Superliqa yaratdıqlarını elan etmişdi. Turnirin yaradıcılarından yalnız “Real” və “Barselona”  geri addım atmayıb.



Dostlarınla Paylaş

Saytda 153 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022