[25.04.2021] “Real”ın baş məşqçisi Zinəddin Zidan komandasının bu mövsüm La Liqadakı çempionluq şanslarını qiymətləndirib.
Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis “Betis”lə matçdan (0:0) sonra açıqlamasında deyib:
“Fiziki baxımından bu gün heç bir problem yox idi. Bu dəfə son matçlardakından daha yaxşı oynadıq. Qalan oyunlarda rəqiblərin maksimum xal alacağını düşünmürəm. Alsalar, La Liqanı qazana bilmərik”.
Qeyd edək ki, “Real” La Liqada 71 xalla 2-cidir. Komanda lider “Atletiko”dan 2 xal geri qalır.