"Qvardiola mənə dedi ki..." - İdman Xəbərləri "Qvardiola mənə dedi ki..." - İdman Xəbərləri
Ən yeni idman xəbərləri

"Qvardiola mənə dedi ki..."

"Qvardiola mənə dedi ki..."

[25.04.2021]
"Qvardiola mənə dedi ki..." “Mançester Siti”nin kapitanı Fernandinyo baş məşqçi Pep Qvardiolanın komandanı ruhlandırmasından danışıb.
Qol.az xəbər verir ki, 35 yaşlı hücumçu 2020-ci ilin sonlarında komandanın ruhdan düşdüyü vaxt Peplə arasıdakı söhbəti xatırlayıb:
“Oyunçular meydançalara geri qayıtmaq istəmirdilər. Maraqlanmırdılar da. Bu, bizim komandamız deyildi. Ard-arda iki dəfə çempion olan komanda belə deyildi.
Ondan sonra Pep gəlib, komandanın kapitanı kimi əvvəlcə mənimlə danışdı. Açıq sözlü idi. Hər kəsin 100 faizlik əhval-ruhiyyədə olmadığını dedi. Qvardiola söylədi ki, ya məşq edib işinizi görəcəksiniz, ya da evdə oturacaqsınız. O haqlı idi. Bir kapitan kimi belə şeylərin məsuliyyətini daşıyırdım. Növbəti matç “Çelsi” ilə idi. O oyundan əvvəl özümə dedim ki, futbolçular bu matçda qaçmasalar, əllərindən gələni etməsələr, mənim işim bitər. Biz həmin görüşdə qalib gəldik”.



Dostlarınla Paylaş

Saytda 220 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022