[25.04.2021] "Milan"ın futbolçusu Zlatan İbrahimoviç A seriyasının 33-cü turunda "Latsio" ilə matçı buraxacaq.
Qol.az xəbər verir ki, bu barədə baş məşqçi Stefano Pioli bildirib. Mütəxəssis 39 yaşlı hücumçunun hazır olmadığı üçün görüşdə iştirak etməyəcəyini vurğulayıb. Buna baxmyaraq, Zlatanın səhhətində heç bir problem yoxdur. O, özünü yaxşı hiss edir. Futbolçu 34-cü turda "Benevento" ilə qarşılaşmada meydanda ola bilər.
Qeyd edək ki, sabah keçiriləcək "Latsio" - "Milan" oyunu Bakı vaxtı ilə 22:45-də başlayacaq.