Qrizmanndan dubl, "Barselona"dan qələbə - İdman Xəbərləri
Ən yeni idman xəbərləri
Qrizmanndan dubl, "Barselona"dan qələbə
Qrizmanndan dubl, "Barselona"dan qələbə
[25.04.2021] "Barselona" La Liqada növbəti oyuna çıxıb.
Qol.az xəbər verir ki, Kataloniya klubu 32-ci turda "Vilyarreal"ın qonağı olub. Matç Ronald Kumanın baş məşqçisi olduğu komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Vilyarreal" - "Barselona" - 1:2 Qollar: Çukveze, 26 (1:0), Qrizmann, 28 (1:1), 35 (1:2)
Bu qələbə ilə xalını 71-ə yüksəldən Kataloniya təmsilçisi turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Siyahıya 73 xalla "Atletiko" başçılıq edir. "Real" 71 xalla 2-cidir.