Ukrayna Premyer Liqasının qalibi oldular - İdman Xəbərləri Ukrayna Premyer Liqasının qalibi oldular - İdman Xəbərləri
Ən yeni idman xəbərləri

Ukrayna Premyer Liqasının qalibi oldular

Ukrayna Premyer Liqasının qalibi oldular

[25.04.2021]
Ukrayna Premyer Liqasının qalibi oldular Ukrayna Premyer Liqasında bu mövsümün qalibi müəyyənləşib.
Qol.az xəbər verir ki, bu, Kiyev "Dinamo"sudur. Mirça Luçeskunun baş məşqçisi olduğu komanda 23-cü turda "İnqulets"ə 5:0 hesabı ilə qalib gələrək yarışın bitməsinə 3 tur qalmış vaxtından əvvəl çempionluğu rəsmiləşdirib. "Dinamo" 58 xalla ən yaxın izləyicisi Donetsk "Şaxtyor"u (45 xal) üçün əlçatmaz olub.
Beləliklə, "Dinamo" 4 mövsümdür çempion olan "Şaxtyor"un seriyasını sonlandırıb. Komanda tarixində 16-cı dəfə çempion olub. Bu, 2016-cı ildən bəri ilk tituldur.
Xatırladaq ki, Kiyev təmsilçisi bu mövsüm Ukrayna kubokunun da qalibi olub.



Dostlarınla Paylaş

Saytda 123 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022