"Kənardan baxan hər kəs oyunumuzdan həzz ala bilərdi" - İdman Xəbərləri "Kənardan baxan hər kəs oyunumuzdan həzz ala bilərdi" - İdman Xəbərləri
Ən yeni idman xəbərləri

"Kənardan baxan hər kəs oyunumuzdan həzz ala bilərdi"

"Kənardan baxan hər kəs oyunumuzdan həzz ala bilərdi"

[25.04.2021]
"Kənardan baxan hər kəs oyunumuzdan həzz ala bilərdi" "Oyun haqqında çox fikir bildirmək istəmirəm. Bu gün futbolçuların çıxışı qənaətbəxş idi. Nəticə ürəyimizcə olmasa da, ilk 10-15 dəqiqəni çıxmaq şərti ilə qalan vaxt meydanda dominantlıq edən tərəf biz idik".
Bu fikirləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev "Keşlə"yə 0:1 hesabı ilə uduzduqları Premyer Liqanın 24-cü tur matçından sonra mətbuat konfransında deyib.
O bildirib ki, bu qədər qol epizodu yaxaladıqları oyunu xatırlamır: "Ələ düşən fürsətləri qola çevirə bilmədik. Əsasən də son dəqiqələrdəki epizodlar. Düşünürəm ki, bu günədək bu qədər qol epizodu olmayıb. Bu futbolçularla bura qədər birlikdə gəlmişik. Çətin günlərdə və vaxtlarda birlikdə olmuşuq. İndi də düşdüyümüz bu durumdan çıxmağa çalışacağıq. Bu psixologiya ilə matça çıxmaq oyunçular üçün çətindir. Bu gün meydanda yalnız qol çatışmırdı. Bu oyuna görə futbolçulara təşəkkür edir, rəqibə isə uğurlar arzulayıram".
Hacıyevin sözlərinə görə, bu gün meydanda olan hər futbolçu bacardığını ortaya qoymağa çalışın: "Ruslan Hacıyev də bunlardan biridir. Oyunçular daha yaxşısını etmək istəyirdilər. Səhv etdik və qapımızda qol gördük. Hücum planında yaxşı şeylər oldu. Kənardan baxan hər kəs oyunumuzdan həzz ala bilərdi. Heyətdə hər dəfə dəyişiklik edirik. Xüsusən də ön xətdə olanları dəyişirik. Bu gün də dəyişiklik var idi. Ruslan Hacıyevə də şans verməyə çalışırıq"(sportinfo.az).



Dostlarınla Paylaş

Saytda 235 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022