"Samir Abasov lap 5 oyunluq cəzalansa, bizə nə xeyri var?" - "Sabah"dan açıqlama - İdman Xəbərləri "Samir Abasov lap 5 oyunluq cəzalansa, bizə nə xeyri var?" - "Sabah"dan açıqlama - İdman Xəbərləri
Ən yeni idman xəbərləri

"Samir Abasov lap 5 oyunluq cəzalansa, bizə nə xeyri var?" - "Sabah"dan açıqlama

"Samir Abasov lap 5 oyunluq cəzalansa, bizə nə xeyri var?" - "Sabah"dan açıqlama

[26.04.2021]
"Samir Abasov lap 5 oyunluq cəzalansa, bizə nə xeyri var?" - <b style="color:red"> "Sabah"dan açıqlama</b> “İstər hakim idarəçiliyi, istərsə də Samir Abasovun dedikləri ilə bağlı məsələyə baxacağıq. Oyun hələ dünən olub”.

Bu sözləri Qol.az-a açıqlamasında “Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov deyib.

Klub rəsmisi Premyer Liqanın 24-cü turunda “Neftçi” ilə görüşdən sonra rəqibin baş məşqçisi Samir Abasovun “Sabah”ın qapıçısı Saşa Stamenkoviçlə bağlı fikirlərinə münasibət bildirib. O, Abasovun Stamenkoviçlə bağlı “vaxtı uzadır, ver “qırmızı”nı rədd elə” fikirlərinə görə AFFA-ya şikayət etməyəcəklərini bildirib:

“Bu məsələ ilə bağlı heç bir şikayət edilməyəcək. Şikayət edilsə, nə olcaq ki? Samir Abasov lap 5 oyunluq cəzlansa, bizə nə xeyri var? Əslində hakim bizə qarşı qərarları daha çox idi. Samir Abasov Stamenkoviçin yerdə qalmağından şikayətlənir. Bu, futbolda adi haldır, bütün oyunlarda olur. Gördüyünüz kimi, hakim ona uyğun da əlavə 6 dəqiqə vaxt artırdı, üstəlik 3 dəqiqə də oynatdı. Stamenkoviç yerdə nə qədər qaldı ki?


Elnur Həmidov

Xatırladaq ki, 2:2 hesablı bərabərliklə başa çatan “Sabah” - “Neftçi” matçında meydan sahiblərinin 3 futbolçusu qırmızı vərəqə ilə cəzalandırılıb. Qonaqlar isə buna baxmayaraq, qələbə qolunu vura bilməyiblər. Oyundan sonra isə "Neftçi"nin baş məşqçisi Samir Abasov vaxtı uzatdığına görə rəqib komandanı sərt tənqid edib, qapıçı Saşa Stamenkoviç haqda isə deyib: "Sabah"ın qapıçısını illərdir tanıyırıq. Vaxtı uzadır, ver "qırmızı"nı, rədd elə".



Dostlarınla Paylaş

Saytda 114 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022