Bombardirdən yubiley qolu - İdman Xəbərləri Bombardirdən yubiley qolu - İdman Xəbərləri
Ən yeni idman xəbərləri

Bombardirdən yubiley qolu

Bombardirdən yubiley qolu

[26.04.2021]
Bombardirdən yubiley qolu Namiq Ələsgərov “Neftçi”nin heyətində 30-cu qolunu vurub.

Qol.az PFL-in saytına istinadən xəbər verir ki, Premyer Liqanın 24-cü turunun “Sabah”la görüşündə (2:2) dubla imza atan yarımmüdafiəçinin ilk qolu onun “ağ-qaralar”ın heyətində yubiley topu olub.
 
Paytaxt klubunda 119-cu matçına çıxan Premyer Liqanın bombardiri ikinci dəfə fərqlənməklə qol sayını 31-ə çatdırıb. Bu qolların 28-i Premyer Liqa, 2-si ölkə kuboku, 1-i Avropa Liqasına təsadüf edib.

Ələsgərov “Neftçi”nin tarixində 30 və daha çox qol vuran 41-ci oyunçudur. Bu siyahıya Samir Ələkbərov (142), Anatoli Banişevski (136) və Yunis Hüseynov (103) başçılıq edir.



Dostlarınla Paylaş

Saytda 144 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022