Samir Abasovun 150-ci oyunu - İdman Xəbərləri Samir Abasovun 150-ci oyunu - İdman Xəbərləri
Ən yeni idman xəbərləri

Samir Abasovun 150-ci oyunu

Samir Abasovun 150-ci oyunu

[26.04.2021]
Samir Abasovun 150-ci oyunu “Neftçi”nin baş məşqçisi Samir Abasov karyerasında 150-ci oyununu keçirib.

Qol.az PFL-in saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın 24-cü turunun “Sabah”la görüşünə təsadüf edib.
 
2:2 hesablı heç-heçə mütəxəssisin baş məşqçi karyerasında 38-ci sülh olub. “Neftçi”yə qədər “Sumqayıt”la “Zirə”ni çalışdıran Abasov 55 qələbə və 57 məğlubiyyətə şahidlik edib. 150 oyundan 133-ü Premyer Liqa, 17-si ölkə kubokunda olub.

Qeyd edək ki, Samir Abasov “Neftçi”ni 17, “Zirə”ni 37, “Sumqayıt”ı 96 matça çıxarıb.



Dostlarınla Paylaş

Saytda 214 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022