AFFA hakimlə bağlı araşdırmaya başlayır - Rəsmi+Yenilənib - İdman Xəbərləri AFFA hakimlə bağlı araşdırmaya başlayır - Rəsmi+Yenilənib - İdman Xəbərləri
Ən yeni idman xəbərləri

AFFA hakimlə bağlı araşdırmaya başlayır - Rəsmi+Yenilənib

AFFA hakimlə bağlı araşdırmaya başlayır - Rəsmi+Yenilənib

[26.04.2021]
AFFA hakimlə bağlı araşdırmaya başlayır - <b style="color:red">Rəsmi+Yenilənib</b> Azərbaycan Premyer Liqasının 24-cü turunda ötən gün keçirilən qalmaqallı “Sabah” – “Neftçi” oyununun baş hakimi Vüqar Həsənli cəzalandırıla bilər. Hazırda bununla bağlı araşdırma aparılır.
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Qol.az-a açıqlamasında məlumatı təsdiqləyib. Vüqar Həsənli və köməkçilərinin işi təhlil olunduqdan sonra bununla bağlı qərar veriləcək.


***

Məsələ ilə əlaqədar AFFA-nın mətbuat xidməti sosial şəbəkələri vasitəsi ilə açıqlama yayıb. Açıqlamada deyiir: "Azərbaycan Premyer Liqasının XXIV turu çərçivəsində aprelin 25-də keçirilmiş “Sabah” – “Neftçi” oyununun hakim-inspektoru tərəfindən təqdim olunacaq hesabata əsasən (hər oyundan sonra həyata keçirilən prosedura uyğun olaraq) qarşılaşmanın hakimlər briqadasının idarəçiliyi ilə əlaqədar AFFA-nın Hakimlər Komitəsi tərəfindən müvafiq araşdırma aparılacaq".


Xatırladaq ki, 2:2 hesabı ilə başa çatan görüşdə baş hakim “Sabah”ın 3 futbolçusuna qırmızı vərəqə göstərib. “Sabah”ın qapısına mübahisəli penalti təyin edən Vüqar Həsənli görüşün sonlarına yaxın qonaqların qolunu saymayıb. Oyundan sonra hər iki komanda hakim idarəçiliyindən narazı qaldığını açıqlayıb.



Dostlarınla Paylaş

Saytda 230 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022