[26.04.2021] TV8 kanalının rəhbəri, məşhur aparıcı Acun Ilıcalı yeni klub almağa hazırlaşır.
Qol.az xəbər verir ki, bu barədə o, öz İnstaqram hesabında məlumat yayıb. Acun paylaşımında bildirib: "Futbol yatırımlarımıza İngiltərədən bir klub almaqla davam etmək istəyirik".
Qeyd edək ki, Acun mövsümün əvvəlində Niderland "Fortuna Sittard"ını almışdı. Lakin tərəflərin yolları ayıracağı haqqında xəbərlər yayılıb.