[26.04.2021] "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə kubokunun finalında "Tottenhem"i məğlub etməklə karyerasında 30-cu titulunu qazanıb.
Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 49 yaşlı çalışdırıcı bu nəticə ilə futbol tarixində ən çox kubok qazanan mütəxəssislər sırasında 3-cü yerə yüksəlib. O, "Dinamo"nun sabiq baş məşqçisi Valeri Lobanovskini geridə qoyub (29 kubok). Pep yalnız Mirça Luçesku (40 ildə 34 titul) və Ser Aleks Fergüsondan (39 ildə 49 titul) geri qalır.
Qvardiola 13 ildir ki, baş məşqçi kimi fəaliyyət göstərir. O, 2008-2012-ci ilıərdə "Barselona"nı 247 oyuna çıxarıb və 14 kubok qazanıb. Pep "Bavariya" ilə işlədiyi dövrdə (2013-2016-cı illər, 161 oyun) 7 kubok əldə edib. 2016-cı ildən isə "şəhərlilər"i çalışdıran mütəxəssis 9 kubok qazanıb (285 oyun).
Qeyd edək ki, "Mançester Siti" hazırda Premyer Liqanın turnir cədvəlində 77 xalla liderdir. Komanda Çempionlar Liqasında da mübarizəsini davam etdirir. İngiltərə təmsilçisinin yarımfinaldakı rəqibi PSJ-dir.