Falkao qayıtdı - İdman Xəbərləri Falkao qayıtdı - İdman Xəbərləri
Ən yeni idman xəbərləri

Falkao qayıtdı

Falkao qayıtdı

[26.04.2021]
Falkao qayıtdı "Qalatasaray"ın zədəli futbolçusu Radamel Falkao komanda ilə məşqlərə başlayıb.
Qol.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 35 yaşlı hücumçu İstanbul təmsilçisinin 38-ci turda "Konyaspor"la matç üçün hazırlıq prosesinə qatılıb. Lakin o, üzündəki zədələr səbəbindən qorunmaq üçün xüsusi maskadan istifadə edib.
Qeyd edək ki, Falkao aprelin 11-də komandanın səhər məşqi zamanı Kərəm Aktürkoğlu ilə toqquşaraq, zədələnib. Hər iki oynuçu dərhal təcili yardımla xəstəxanaya çatdırılıb. Kərəmin vəziyyətinin yaxşı olsa da, üzündə sınıqlar aşkarlanan Falkaoya narkoz altında müdaxilə edilib.



Dostlarınla Paylaş

Saytda 104 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022