[26.04.2021] A seriyasında 33-cü turun oyunları keçirilir.
Qol.az xəbər verir ki, “Napoli” səfərdə “Torino” ilə qarşılaşıb. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
“Napoli” bu qələbədən sonra xallarının sayını 66-ya çatdırıb və eyni xalı olan “Yuventus”u geridə qoyaraq 4-cü pilləyə yüksəlib. “Torino” 31 alla 16-cıdır. “Torino” – “Napoli” – 0:2 Qollar: Bakayoko, 11, Osimhen, 13