"Qalatasaray"ın UEFA kubokunu qazanmağını unuda bilmərəm" - İdman Xəbərləri | Tatli.Biz
"Qalatasaray"ın UEFA kubokunu qazanmağını unuda bilmərəm" - İdman Xəbərləri
Ən yeni idman xəbərləri

"Qalatasaray"ın UEFA kubokunu qazanmağını unuda bilmərəm"

"Qalatasaray"ın UEFA kubokunu qazanmağını unuda bilmərəm"

[27.04.2021]
"Qalatasaray"ın UEFA kubokunu qazanmağını unuda bilmərəm" "Mançester Siti"nin futbolçusu İlkay Gündoğan uşaqlıq vaxtlarından danışıb.
Qol.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi UEFA kubokunun finalında "Qalatasaray" - "Arsenal" görüşünü izlədiyi anların xatirələrini bölüşüb:
"Qalatasaray"ın UEFA kubokunu qazanmasını unuda bilmərəm. Ailəmizdə yalnız anam "Fənərbaxça" azarkeşidir. Ondan başqa hamı "Qalatasaray"ın fanatıdır. Hamımız oturub final oyununu izləmişdik. "Qalatasaray" "Arsenal"ı penaltilər seriyasında məğlub edəndə əmim göz yaşlarını saxlaya bilməmişdi. Bu, mənim ən gözəl uşaqlıq xatirələrimdən biridir".
Qeyd edək ki, İlkay Gündoğan 2016-cı ildən "Mançester Siti"də oynayır. O, 2011-ci ildən Almaniya millisində çıxış edir.



Dostlarınla Paylaş

Saytda 44 nəfər
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022