İbrahimoviç və Lukaku cərimələndi - İdman Xəbərləri | Tatli.Biz
İbrahimoviç və Lukaku cərimələndi - İdman Xəbərləri
Ən yeni idman xəbərləri

İbrahimoviç və Lukaku cərimələndi

İbrahimoviç və Lukaku cərimələndi

[27.04.2021]
İbrahimoviç və Lukaku cərimələndi "Milan"ın hücumçusu Zlatan İbrahimoviç və "İnter"in futbolçusu Romelu Lukaku İtaliya kubokunun 1/4 final mərhələsində baş verən insidentə görə cərimələnib.
Qol.az "Football İtalia"ya istinadən xəbər verir ki, isveçli oyunçu 4 min avro cərimə ödəməli olacaq.Lukaku isə 3 min avro məbləğində cərimələnib. "Milan" və "İnter" də öz oyunçularını idarə edə bilmədikləri üçün müvafiq ardıcıllıqla 2 min və 1200 avro cərimə olunublar. Cərimələrin xeyriyyə fonduna köçürüləcəyi qeyd olunub.
Xatırladaq ki, bu ilin yanvar ayında keçirilən görüşdə “Milan”ın müdafiəçisi Alessio Romanyoli Romelu Lukakuya qarşı kobud oynayıb. Lukaku ilə Romanyoli arasındakı mübahisəyə İbrahimoviç də qoşulub. Nəticədə bu iki oyunçu kəllə-kəlləyə gəlib, onların arasında söz atışması olub və bir-birini söyüblər. Hakim hər iki oyunçuya qırmızı vərəqə göstərib. Sözügedən qarşılaşma "Milan"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.



Dostlarınla Paylaş

Saytda 75 nəfər
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022