"Neymar rəqs edirmiş kimi oynayır" - İdman Xəbərləri | Tatli.Biz
"Neymar rəqs edirmiş kimi oynayır" - İdman Xəbərləri
Ən yeni idman xəbərləri

"Neymar rəqs edirmiş kimi oynayır"

"Neymar rəqs edirmiş kimi oynayır"

[27.04.2021]
"Neymar rəqs edirmiş kimi oynayır" PSJ-nin baş məşqçisi Maurisio Poçettino futbolçusu Neymardan danışıb.
Qol.az xəbər verir ki, 49 yaşlı mütəxəssis "The Guardian"a açıqlamasında deyib:
"Neymarla işləmək çox asandır. Çünki onun üzərində çox işləmək lazım deyil. İlk gündən hər şeyə hazır idi. Neymar çox təvazökar insandır. Hər zaman dinləyir və bütün istiqamətləri çox yaxşı izləyir. Braziliyalı oyunçuların içində xüsusi bir şey var. Futbol oynamağı sevirlər, çünki bu, onlar üçün rəqs kimidir. Rəqs edirmiş kimi oynayırlar. PSJ-də Ronaldinyo ilə oynamışam , indi isə Neymarla işləyirəm".
Qeyd edək ki, Poçettino bu il PSJ-yə baş məşqçi təyin olunub. Neymar isə 2017-ci ildən paytaxt klubunda çıxış edir.



Dostlarınla Paylaş

Saytda 57 nəfər
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022