Ronaldo: "Axşam yeməyindən əvvəl pivə, şərab içirdik" - İdman Xəbərləri | Tatli.Biz
Ronaldo: "Axşam yeməyindən əvvəl pivə, şərab içirdik" - İdman Xəbərləri
Ən yeni idman xəbərləri

Ronaldo: "Axşam yeməyindən əvvəl pivə, şərab içirdik"

Ronaldo: "Axşam yeməyindən əvvəl pivə, şərab içirdik"

[27.04.2021]
Ronaldo: "Axşam yeməyindən əvvəl pivə, şərab içirdik" Braziliyalı məşhur sabiq futbolçu Ronaldo "Real"da oynadığı vaxtları xatırlayıb.
Qol.az xəbər verir ki,  44 yaşlı keçmiş hücumçu “Movistar”a açıqlamasında həmin vaxtlarda keçirdiyi gecə həyatının karyerasına təsir etmədiyini deyib:
"Sıx-sıx çoxlu qonaqlıqlara qatılırdım. Ona görə də tənqid edilirdim. Ancaq bu, düzgün bir şey deyildi. Həmin qonaqlıqlar mənim karyerama qətiyyən təsir etmirdi. Əyləndiyim gecələr adətən qələbələrimi qeyd etmək üçün idi. "Real" və Madrid tapa biləcəyiniz ən yaxşı klub və şəhər kombinasiyası idi. Təşkil etdiyim qonaqlıqlara qatılmayanlar onların necə möhtəşəm olduğunu xəyal belə edə bilməzlər. Gənc vaxtlarında ancaq bu cür şeylərə köklənə bilirsən.
Matçlardan əvvəl otelə çatanda çantalarımızı yerləşdirirdik və axşam yeməyindən əvvəl pivə, şərab içirdik. Həmişə masada 2 şüşə şərab olurdu. Vanderlei Lulsemburqo baş məşqçi təyin olunanda belə şeylərə qadağa qoydu. Amma o, bir müddət sonra uğursuzluğuna görə istefaya göndərildi".
Qeyd edək ki, Ronaldo 2002-2007-ci illərdə “Real”da oynayıb.



Dostlarınla Paylaş

Saytda 50 nəfər
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022