Şəhriyardan qələbə, Teymurdan heç-heçə - İdman Xəbərləri | Tatli.Biz
Şəhriyardan qələbə, Teymurdan heç-heçə - İdman Xəbərləri
Ən yeni idman xəbərləri

Şəhriyardan qələbə, Teymurdan heç-heçə

Şəhriyardan qələbə, Teymurdan heç-heçə

[28.04.2021]
Şəhriyardan qələbə, Teymurdan heç-heçə Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı 5-ci mərhələsində 1/4 final mərhələsinə start verilib.
Qol.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov bu raundda Maqnus Karlsenlə bütün partiyalarda heç-heçə edib - 2:2, Şəhriyar Məmmədyarov isə Alireza Firuzcaya (FIDE) qalib gəlib - 3:1.
Bu raundun ikinci görüşləri bu gün keçiriləcək.
1/4 final
Maqnus Karlsen (Norveç) - Teymur Rəcəbov - 2:2
Şəhriyar Məmmədyarov - Alireza Firuzca (FIDE) - 3:1
Levon Aronyan (Ermənistan) - Uesli So (ABŞ) - 3:1
Le Kuanq Lyem (Vyetnam) - Hikaru Nakamura (ABŞ) - 1,5:2,5



Dostlarınla Paylaş

Saytda 74 nəfər
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022