"Cavab oyununda əsl döyüş olacaq" - Zidan - İdman Xəbərləri | Tatli.Biz
"Cavab oyununda əsl döyüş olacaq" - Zidan - İdman Xəbərləri
Ən yeni idman xəbərləri

"Cavab oyununda əsl döyüş olacaq" - Zidan

"Cavab oyununda əsl döyüş olacaq" - Zidan

[28.04.2021]
"Cavab oyununda əsl  döyüş olacaq" - <b style="color:red"> Zidan</b> “İlk hissə çox çətin keçdi. Ancaq ikinci hissədə vəziyyəti nəzarətə götürməyi bacardıq”.

Qol.az xəbər verir ki, bu sözləri “Real”ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının yarımfinalının “Çelsi” ilə ilk oyunundan (1:1) sonra keçirilən mətbuat konfransında deyib.

Fransalı mütəxəssis səfərdə keçiriləcək cavab matçının daha çətin olacağını bildirib: “Rəqib sürətli oynayır, yaxşı oyunçuları var, matça əla başladılar. İkinci hissədə isə biz topa daha çox sahib olduq.

Mübarizəmizi davam etdiririk və göstərilən oyundan razıyıq. Səfərdə yaxşı oynayırıq, pressinq edirik.
“Çelsi”nin yarımfinala çıxması əbəs yerə deyil. Rəqib yaxşı komandadır. İkinci qarşılaşmada əsl döyüş olacaq”.

Qeyd edək ki, komandalar arasında cavab matçı mayın 5-də Londonda keçiriləcək.
 



Dostlarınla Paylaş

Saytda 73 nəfər
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022