İlkayın Kloppla bağlı maraqlı xatirəsi - İdman Xəbərləri İlkayın Kloppla bağlı maraqlı xatirəsi - İdman Xəbərləri
Ən yeni idman xəbərləri

İlkayın Kloppla bağlı maraqlı xatirəsi

İlkayın Kloppla bağlı maraqlı xatirəsi

[28.04.2021]
İlkayın Kloppla bağlı maraqlı xatirəsi "Mançester Siti"nin futbolçusu İlkay Gündoğan Dortmund "Borussiya"sında çıxış etdiyi zaman o vaxtı baş məşqçisi Yurgen Kloppla bağlı maraqlı bir xatirəsini bölüşüb.

Qol.az xəbər verir ki, türk əsilli almaniyalı yarımmüdafiəçi "Kiçker"ə açıqlamasında hazırda "Liverpul"u çalışdıran Kloppun ona həyat dərsi verdiyini bildirib:
“Bir qayda var idi ki, məşqlərdən əvvəl özümüzü pis hiss etsəydik, bunu komanda həkiminə bildirməliydik. Bunun sayəsində zədələrdən qaçırdıq və Klopp məşqə qatıla bilməyəcəyimizi bilirdi.

Bir səhər yuxudan oyananda dizimin arxasında ağrı hiss etdim. Əzələmdə problem var idi, yoxsa sadəcə yorulmuşdum, bunu bilmədim. Hər halda həkimə bununla bağlı mesaj yazmalıydım. Ancaq yaxşı olacağımı düşündüm və həkimə bildirmədim.

Həmişə olduğu kimi, məşqə bir saat əvvəl gəldim. Əmin olmaq üçün həkimdən dizimə baxmasını istədim. İsrar etsəm də, həkim risk almayacağını və Kloppa məlumat verəcəyini dedi.
 
Baş məşqçimiz də risk etməməli olduğumu bildirdi. Məşq edə biləcəyimə inanırdım deyə onunla mübahisə etdim. Qəflətən Klopp dişlərini qıcadı və mənə qışqırdı: “Nə etmək istəyirsən et, lətənə gələsən!" Bunu dedi və qapını çırpıb getdi".
 
Gündoğan mübahisədən sonra alman çalışdırıcının ona ata kimi davrandığını qeyd edib: "Təxminən yarım saat sonra butslarımı geyinib meydançaya girdim. Jurgen yanıma gəldi. Mənə acıqlı olduğunu düşünürdüm. Amma məni qucaqlayıb “Dostum, bilirsən niyə bu qədər əsəbləşdim? Sadəcə, səninlə maraqlanıram və zərər görməyini istəmirəm" dedi.
Bundan şok oldum. Az əvvəl mübahisə edirdik və indi mənimlə ata kimi danışırdı. Yurgen o gün mənə bir dərs verdi -  Həmişə dürüst olmağa çalışın. Başqalarına və özünüzə qarşı”.



Dostlarınla Paylaş

Saytda 247 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022